16:35 - 16.02.2026
16 fevral, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda hotel və mehmanxana tipli obyektlərin ümumi gəlirləri 653 mln. manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 41.1 mln. manat və ya 5.92% azdır. 2024-cü ildə sektor üzrə ümumi gəlir 694.2 mln. manat olmuşdu.
Gəlirlərin azalması əsasən nömrələrin satışından daxilolmaların azalması ilə bağlıdır. Hotellər 2024-cü il ümumilikdə 2.64 mln. şəxsə xidmət göstərdiyi halda, 2025-ci ildə bu rəqəm 2.38 mln.-a düşüb. Bunun 1.58 mln. nəfəri xarici vətəndaşlar olub.
Belə ki, nömrə satışından gəlirlər illik müqayisədə 11.17% azalaraq 454.5 mln. manatdan 403.8 mln. manata düşüb. Eyni zamanda, iaşə xidmətlərindən gəlirlər 4.33% artaraq 170.1 mln. manatdan 177.4 mln. manata yüksəlib. Müalicə-sağlamlıq xidmətlərindən gəlirlər 6.07%, digər xidmətlərdən daxilolmalar isə 3.73% artıb. Konfrans zallarının təqdim edilməsindən əldə olunan gəlir 3.75% azalıb, ekskursiya xidmətlərindən gəlirlər isə 15.78% geriləyib.
12 Mart 2026