“Alibaba”nın səhmləri Honq-Konqda 3%-dən çox ucuzlaşıb

17:16 - 16.02.2026


16 fevral, Fineko/abc.az. “Alibaba”nın səhmləri Honq-Konqda 3%-dən çox, digər iri Çin şirkətləri olan “Baidu” və BYD-nin səhmləri isə təxminən 1% ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, Pentaqonun Çin ordusu ilə əməkdaşlıq edən şirkətlərin siyahısını bir neçə dəqiqəlik dərc etməsi olub.

Həmin siyahıya bu İT nəhəngləri də daxil edilib.

Yenilənmiş siyahı ABŞ-nin Federal Reyestrində yerləşdirilsə də, demək olar ki, dərhal “geri götürülmüş” elan olunub və heç bir izahat verilmədən silinib. Siyahıya açıq şəkildə ticarət olunan üç şirkətlə yanaşı, router istehsalçısı “TP-Link” də daxil edilib.

Eyni zamanda Pentaqon iki Çin yaddaş çipi istehsalçısını — “ChangXin Memory Technologies” və “Yangtze Memory Technologies” — siyahıdan çıxarıb.