14:18 - 17.02.2026
17 fevral, Fineko/abc.az. Azərbaycanda texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin ölkədə tanınması mexanizmi hazırlanıb.
ABC.AZ xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib.
Onun sözlərinə görə, mexanizmin yaradılması sərhəddə ticarətin daha sürətli həyata keçirilməsinə, sahibkarlar tərəfindən idxal olunan malların əlverişli tələblərlə ölkəyə daxil olmasına xidmət edəcək.
E.Bağırov qeyd edib ki, bununla bağlı Agentlik müvafiq qanunvericilik layihəsi hazırlayaraq hökumətə təqdim edib. ©Report
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026