Yanvarda meyvə-tərəvəz ixracından Azərbaycana 79 milyon 689 min dollar daxil olub

14:31 - 17.02.2026


17 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycan 79 milyon 689 min ABŞ dolları dəyərində 60 min 692 ton meyvə və tərəvəz ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 19 milyon 201 min ABŞ dolları (31,7 %), həcm baxımından isə 2 min 619 ton (4,5 %) çoxdur.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 29,7 % təşkil edir. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.