Dubayda “Al Layan Oasis” iri turizm layihəsi işə salınır

15:34 - 17.02.2026


17 fevral, Fineko/abc.az. Dubayda geniş miqyaslı turizm layihəsi – Al Layan Oasis (“Əl-Layan Oazisi”) işə salınır.

ABC.AZ xəbər verir ki, layihənin mərkəzi elementi 230 min kv.m-dən böyük sahəyə malik süni göl olacaq. Onun ətrafında istirahət zonaları, idman marşrutları, düşərgələr təşkil ediləcək və səhrada turizm üçün infrastruktur yaradılacaq.

Kompleksdə həmçinin açıq hava kinoteatrı, amfiteatr və fudtrek üçün meydança nəzərdə tutulub. Oazis səhrada yeni turizm formatının yaradılmasına yönəlib və şəhər mərkəzindən təxminən 50 dəqiqə məsafədə yerləşəcək.