Ağdamda bu qala ətrafında işlərə 3,53 milyon manat ayrıldı

15:44 - 17.02.2026


17 fevral, Fineko/abc.az. Şahbulaq qalasında 3,53 milyon manatlıq bərpa layihəsi icra olunacaq.

ABC.AZ xəbər verir ki, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi publik hüquqi şəxsi tərəfindən Ağdam rayonu, Şahbulaq kəndi ərazisində yerləşən Şahbulaq qalasının bərpası və qala ətrafında turizm infrastrukturunun yaradılması istiqamətində işlərə başlanılır. İşlərin icrası “M-TND” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.

Müqavilənin ümumi dəyəri 3 530 197 manat təşkil edir.