16:08 - 17.02.2026
17 fevral, Fineko/abc.az. Azərbaycanda Orta Müddətli Xərclər Çərçivəsi (OMXÇ) və Nəticə əsaslı büdcə mexanizminin tətbiqi davam etsə də, sistem institusional baxımdan tam formalaşmayıb.
ABC.AZ Hesablama Palatasının 2025-ci il üzrə "Dövlət auditi" jurnalına istinadən xəbər verir ki, hazırda iki paralel büdcə planlaşdırma modeli fəaliyyət göstərir – "Büdcə sistemi haqqında" Qanunla tənzimlənən sifariş əsaslı büdcə və OMXÇ qaydaları ilə tənzimlənən nəticə əsaslı büdcə.
Qeyd olunub ki, strateji məqsədlərlə maliyyə planlaşdırması arasında inteqrasiya zəifdir, indikatorlar üzrə metodologiya isə tam formalaşdırılmayıb. Bu isə nəticəyönümlü büdcə mexanizminin effektiv tətbiqinə mane olur.
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026