16:42 - 17.02.2026
17 fevral, Fineko/abc.az. Azərbaycanda 2018–2027-ci illəri əhatə edən çayçılığın inkişafına dair Dövlət Proqramı üzrə müəyyən edilmiş hədəflər faktiki göstəricilərlə uzlaşmır.
ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci il üzrə "Dövlət auditi" jurnalının 3-cü buraxılışında dərc edilmiş təhlildə bildirilib.
Qeyd olunub ki, Dövlət Proqramına əsasən, çay plantasiyalarının sahəsinin 2027-ci ilə qədər 3 000 hektara, çay yarpağı istehsalının isə 8,5 min tona çatdırılması nəzərdə tutulub.
Vurğulanıb ki, lakin faktiki dinamika müəyyən edilmiş hədəflərdən ciddi şəkildə geri qalır. Belə ki, 2019-cu ildə çay plantasiyalarının sahəsi olmuş 1 100 hektar göstəricisi 2024-cü ildə 900 hektara qədər azalıb. 2026-cı il üçün isə cəmi 975 hektar sahənin hədəflənməsi nəzərdə tutulur ki, bu da əvvəlki illərin səviyyəsindən aşağı qalmaqla proqram üzrə müəyyən edilmiş məqsədlərə uyğun gəlmir.
Bildirilib ki, bu, Dövlət Proqramında nəzərdə tutulmuş 3 000 hektarlıq hədəfdən təxminən 3 dəfə azdır.
Məhsul istehsalı üzrə göstəricilər də hədəflərlə uyğun gəlmir. Təhlilə əsasən, 2026-cı il üçün çay yarpağı istehsalının 1 126 tona çatdırılması planlaşdırılır ki, bu da proqramda müəyyən edilmiş 8 500 tonluq hədəfdən dəfələrlə aşağıdır.
15 Aprel 2026
15 Aprel 2026
13 Aprel 2026
13 Aprel 2026
13 Aprel 2026