17:17 - 17.02.2026
17 fevral, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda dövlət xətti ilə ümumi dəyəri 4,9 milyard manat olan 9 965 elektron satınalma həyata keçirilib.
ABC.AZ Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 11,4 % və 1,8 % çoxdur.
Ötən il açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 3,7, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,5 təşkil edib. Əvvəlki ilə nisbətən dövlət satınalmalarında orta iştirakçı sayı 2,9 % artıb.
11 Mart 2026
11 Mart 2026
11 Mart 2026
10 Mart 2026
10 Mart 2026
10 Mart 2026