Omanlılar Azərbaycana vizasız səfər edəcək

10:38 - 18.02.2026


18 fevral, Fineko/abc.az. Fevralın 15-dən başlayaraq Oman vətəndaşlarının Azərbaycana vizasız girişinə icazəsi verilib.

ABC.AZ xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, adıçəkilən ölkənin sakinlərinə birillik müvəqqəti güzəşt nəzərdə tutulub.

Qeyd olunur ki, sözügedən ərəb ölkəsinin vətəndaşları əvvəlcədən viza almadan Azərbaycana daxil ola və hər səfərdə 30 günə qədər qala bilərlər. Bir il ərzində maksimum üç səfərə icazə verilir.

XİN səyahət edənlərə pasportlarının giriş tarixindən etibarən ən azı altı ay müddətində etibarlı olmasını tövsiyə edib. Ziyarətçilərdən həmçinin qalma müddətini əhatə edən tibbi sığorta alması da tələb olunur.