Gürcüstanın Credo Bankı xarici vətəndaşların istifadə olunmayan hesablarına görə 30 lari komissiya alır

10:52 - 18.02.2026


18 fevral, Fineko/abc.az. 2025-ci ilin sentyabrından etibarən Gürcüstanın Credo Bankı xarici müştərilərin hesabında əməliyyat olmaması halında hər ay 30 lari (təxminən 11 ABŞ dolları) komissiya tutmağa başlayıb.

ABC.AZ xəbər verir ki, mobil tətbiqdə bu ödəniş cross boarding fee kimi göstərilir.

Komissiya hesabda vəsait olmasa belə tutulur və öhdəlik kimi yığılır; bu öhdəlik altı aya qədər toplanaraq hesabın bloklanmasına səbəb ola bilər.

Credo bank, Gürcüstanda, xüsusən də 2022-ci ildə kütləvi şəkildə hesab açan Rusiya vətəndaşları arasında əcnəbilərə ən loyal banklardan biri idi.