12:02 - 18.02.2026
18 fevral, Fineko/abc.az. 2026-cı ilin yanvarında Azərbaycana xarici ölkələrdən 8 milyon 209 min dollar dəyərində 3 332 ton ət idxal olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvarında isə Azərbaycana 9 milyon 93 min dollar dəyərində 4 092 ton ət idxal olunmuşdu.
Belə ki, illik müqayisədə ət idxalı dəyər ifadəsilə 10%, miqdar ifadəsilə 19% azalıb.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.63%-ni təşkil edib.
12 Mart 2026