12:21 - 18.02.2026
18 fevral, Fineko/abc.az. VTB (Rusiya) idxal əvəzlənməsi prosesini 2027-ci ilin sonunadək tam başa çatdırmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə bankın prezidentinin müavini — idarə heyətinin sədri müavini Vadim Kulik “Kibertəhlükəsizlik maliyyədə” forumu ərəfəsində bildirib.
Onun sözlərinə görə, əsas işlər 1 yanvar 2027-ci ilədək yekunlaşacaq, ilin sonuna qədər isə nadir və mürəkkəb strukturlaşdırılmış bank zəmanətləri də daxil olmaqla 100%-lik göstəriciyə nail olunacaq.
Bank daha əvvəl açıqlayıb ki, 2025-ci ilin əvvəlinə sistemli İT infrastrukturunun 95%-i və tətbiqi həllərin təxminən 91%-i artıq idxal əvəzlənməsi çərçivəsində yenilənib.
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026