14:57 - 18.02.2026
18 fevral, Fineko/abc.az. Şəxsin “WhatsApp” yazışmalarının onun xəbəri olmadan müxtəlif vasitələrdən istifadə edilməklə izlənilməsi qadağandır.
ABC.AZ xəbər verir ki, bu barədə Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqeyində bildirilib.
Plenum qərarında qeyd edilib ki, şəxsi yazışmaların toxunulmazlığı hüququ hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini qorumağa təminat verir.
“Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazidd əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab olunur”.
Bununla belə qərarda vurğulanıb ki, bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026