15:18 - 18.02.2026
18 fevral, Fineko/abc.az. "Azmer Group" MMC-yə Masallı Sənaye Məhəlləsinin rezidenti statusu verilib.
ABC.AZ İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, şirkətin icra edəcəyi layihənin investisiya dəyəri 1,3 milyon manatdır. Layihə çərçivəsində aqrar sahədə istifadə olunan plastik taralar istehsal ediləcək.
Hazıda Masallı Sənaye Məhəlləsində 10 sahibkarlıq subyekti rezident statusuna malikdir. Onlar ümumilikdə 400-ə yaxın daimi iş yeri yaradıb.