15:29 - 18.02.2026
18 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycana 5,6 milyon dollar dəyərində 8 min 369 ton gübrə idxal edilib.
ABC.AZ Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, gübrə idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 434 min dollar və ya 8,4%, miqdar ifadəsilə isə 4 min 654 ton, başqa sözlə 35,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 5,1 milyon dollar dəyərində 13 min 22 ton gübrə idxal edilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə idxal olunan gübrənin 1 kiloqramının orta idxal qiyməti 0,67 dollar (təxminən 1 manat 14 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,39 dollar (təxminən 66 qəpik) idi. Bu da illik müqayisədə 0,28 dollar (48 qəpik) və ya 71,8% bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi idxalın 0,43%-i gübrənin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,25% idi.
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026