15:58 - 18.02.2026
18 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycana 1,4 milyon dollar dəyərində 7 min 580 ton qarğıdalı idxal edilib.
ABC.AZ Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, qarğıdalı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2,8 milyon dollar və ya 66,5%, miqdar ifadəsilə isə 12 min 588 ton, başqa sözlə 62,4% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 4,2 milyon dollar dəyərində 20 min 168 ton qarğıdalı idxal edilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə idxal olunan qarğıdalının 1 kiloqramının orta idxal qiyməti 0,19 dollar (təxminən 32 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,21 dollar (təxminən 36 qəpik) idi. Bu da illik müqayisədə 0,02 dollar (4 qəpik) və ya 9,5% ucuzlaşma deməkdir.
Bu il yanvar ayında ümumi idxalın 0,11%-i qarğıdalının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,21% idi.
17 Mart 2026
17 Mart 2026
16 Mart 2026
16 Mart 2026