Slovakiya yanacaq çatışmazlığına görə neft ehtiyatlarını səfərbər edir

16:24 - 18.02.2026


18 fevral, Fineko/abc.az. Slovakiya hökuməti ölkədə neft çatışmazlığı ilə bağlı böhran vəziyyəti elan edib.

ABC.AZ xəbər verir ki, məlumata görə, hökumət dövlət neft ehtiyatlarının bir hissəsini Slovnaft şirkətinə kredit şəklində verməyi təsdiqləyib. Bu tədbir ölkədəki yeganə neft emalı zavodunun fasiləsiz fəaliyyətini təmin etmək məqsədi daşıyır. Müəssisəyə 250 min tona qədər xammal veriləcək ki, bu da daxili bazara yanacağın sabit tədarükünü bir ay ərzində qorumağa imkan yaradacaq.

Eyni zamanda, Slovakiya baş naziri Robert Fitso bildirib ki, Slovnaft neft emalı zavodu Ukraynaya yanacaq ixracını dayandırır və istehsal olunan bütün məhsul yalnız ölkə daxili bazarın təminatına yönəldiləcək.