16:37 - 18.02.2026
18 fevral, Fineko/abc.az. Azərbaycan ekoloji cəhətdən təmiz enerji sənayesinin müasirləşdirilməsinə çalışır və enerji keçidinə əhəmiyyətli vəsait yatırır.
ABC.AZ xəbər verir ki, bunu "The Liberum" nəşri yazıb.
Nəşr Avropa Komissiyasının Şərq Tərəfdaşlığı, Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya çərçivəsində enerji qarşılıqlı əlaqəsinə həsr olunmuş 2026-cı il meta-tədqiqatını təhlil edir. Həmin tədqiqatda vurğulanıb ki, Avropanın gələcək enerji təhlükəsizliyi elektrik enerjisi mənbələrinin qarşılıqlı əlaqəsindən və bərpa olunan enerji bazarlarının inteqrasiyasından daha çox asılıdır.
"Sənəd fəaliyyət planından daha yüksək səviyyəli analitik araşdırma kimi təqdim olunsa da, o, bilavasitə Azərbaycanın eyni zamanda Avropanın enerji təhlükəsizliyinə və onun karbonsuzlaşma üzrə uzunmüddətli hədəflərinə nail olunmasına töhfə verə biləcək azsaylı regional oyunçulardan biri kimi rolunu vurğulayır", - "The Liberum" qeyd edib.
Nəşr bu kontekstdə Azərbaycanın dəyişən rolunu da vurğulayıb və qeyd edib ki, ölkə Avropa İttifaqına (Aİ) birbaşa elektrik enerjisi ixracatçısı olmasa da, Brüsseldə strateji əhəmiyyətli hesab edilən regional enerji ekosisteminə getdikcə daha fəal şəkildə inteqrasiya edir.
"Bu konsepsiyanın (regional ekosistemə inteqrasiya) mərkəzində Cənubi Qafqazı Cənub-Şərqi Avropa ilə birləşdirən Qara dəniz sualtı kabel layihəsi dayanır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın birgə hazırladığı 1 155 kilometr uzunluğundakı kabel Qara dəniz vasitəsilə 1 300 meqavata qədər bərpa olunan elektrik enerjisi ötürəcək. 2025-ci ilin dekabrında layihə Aİ-nin qarşılıqlı maraq kəsb edən layihəsi statusu alıb, bu da maliyyələşməyə çıxışı və normativ dəstəyi gücləndirəcək, tikintinin başa çatdırılması isə 2032-ci ilə planlaşdırılır", - "The Liberum" qeyd edib.
6 Mart 2026
6 Mart 2026
6 Mart 2026
6 Mart 2026
4 Mart 2026