16:57 - 18.02.2026
18 fevral, Fineko/abc.az. Avqustda Ankoricdə keçiriləcək sammit ərəfəsində Rusiya Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Tramp ilə “ən böyük razılaşma” planı hazırlayıb. Sənəddə bütün sanksiyaların ləğvi müqabilində ümumi dəyəri ilkin olaraq 12 trilyon dollar qiymətləndirilən genişmiqyaslı iqtisadi sazişlərin bağlanması təklif olunub.
ABC.AZ xəbər verir ki, bu barədə Britaniyanın The Economist jurnalı yazır.
Plana əsasən, Amerika şirkətlərinə Rusiyada yerli menecmentə geri alış opsionu olmadan ötürülmüş aktivləri qaytarmaq hüququnun verilməsi nəzərdə tutulurdu ki, bu da təxminən 60 milyard dollar həcmində qiymətləndirilir.
Bundan əlavə, sənəddə amerikalı investorların Arktika və Uzaq Şimalın təbii sərvətlərinin işlənməsi üzrə iri layihələrdə iştirak perspektivləri təsvir olunub ki, bu da bütün tərəflər üçün xeyli maliyyə faydası gətirə bilər.
6 Mart 2026
6 Mart 2026
6 Mart 2026
6 Mart 2026
4 Mart 2026