09:18 - 19.02.2026
19 fevral, Fineko/abc.az. Ötən sessiyanın yekunlarına görə qeydə alınan kəskin artımdan sonra cümə axşamı keçirilən hərraclarda etalon markaların qiyməti yüksəlməkdə davam edir.
Saat 09:16-da ICE Futures birjasında Brent neftinin aprel fyuçersinin qiyməti $0,18 (0,26%) artaraq bir barel üçün $70,53-a çatıb. 18 fevral hərraclarının nəticələrinə görə, Brent-in aprel fyuçersi $2,93 (4,35%) bahalaşaraq bir barel üçün $70,35 təşkil etmişdi.
NYMEX birjasında WTI neftinin mart fyuçersinin qiyməti saat 09:16-da $0,23 (0,36%) artaraq bir barel üçün $65,42-a yüksəlib. 18 fevral hərraclarının yekununda WTI-nin mart fyuçersi $2,86 (4,59%) bahalaşaraq bir barel üçün $65,19-a çatmışdı.
12 Mart 2026
12 Mart 2026
10 Mart 2026