10:20 - 19.02.2026
19 fevral, Fineko/abc.az. Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 7 milyon manatlıq mühafizə xidməti alır.
ABC.AZ xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında fəaliyyət göstərən Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2026-cı il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin satınalınması ilə bağlı tenderə yekun vurub.
Keçirilmiş satınalma prosedurunun nəticəsinə əsasən, qalib şirkət GESCO Açıq Səhmdar Cəmiyyəti olub.
Müqavilənin ümumi dəyəri 7 016 259 manat təşkil edir.
12 Mart 2026
12 Mart 2026
10 Mart 2026