Azərbaycanda macəra və halal turizmi ilə bağlı 4 yeni dövlət standartı hazırlanıb

16:02 - 19.02.2026


19 fevral, Fineko/abc.az. Azərbaycanda macəra və halal turizm xidmətlərinə aid 4 yeni dövlət standartının layihəsi hazırlanıb.

ABC.AZ Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verir ki, sənədlər Texniki Komitənin 2026-cı il üzrə fəaliyyət planına uyğun olaraq hazırlanıb və səs çoxluğu ilə təsdiqlənib.

Yeni standart layihələri halal turizm xidmətlərinin təşkili, xidmət keyfiyyəti və müvafiq tələblərin müəyyənləşdirilməsi istiqamətində normativ bazanın gücləndirilməsinə xidmət edir.

İclasda həmçinin Komitənin qarşıdakı dövr üzrə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.