ABŞ-ın Azərbaycanla 2026-cı ildə iqtisadi müstəvidə əməkdaşlığı tam həcmdə davam edəcək

15:56 - 20.02.2026


20 fevral, Fineko/abc.az. Azərbaycan və Ermənistanın ABŞ ilə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində səylər 2026-cı ildə həm iqtisadi, həm də geosiyasi müstəvidə tam həcmdə davam edəcək.

ABC.AZ “Fitch Solutions” beynəlxalq analitik şirkətinə istinadən xəbər verir ki, ABŞ Bakı və İrəvan üçün Rusiya ilə strateji tərəfdaşlığın əhəmiyyətli alternativinə çevrilir.

“Bununla belə, biz xüsusilə ABŞ-nin regionda geostrateji mövcudluğunun genişlənməsi fonunda Azərbaycana qarşı geniş ikinci dərəcəli sanksiyaların tətbiqini gözləmək üçün hələ də ciddi əsaslar görmürük”, – hesabatda qeyd olunur.

Vaşinqtonun fəallığı 2025-ci ilin avqustunda ABŞ paytaxtında keçirilən sammitdə Azərbaycan və Ermənistan liderlərinin ilkin sülh sazişini imzalamasından sonra artıb. Sazişin elementlərindən biri ABŞ-nin Ermənistanı onun ərazisindən keçən, Azərbaycanın əsas hissəsini Türkiyə ilə həmsərhəd olan Naxçıvanla birləşdirəcək tranzit dəhlizinin yaradılmasında dəstəkləmək öhdəliyi oldu.