“Johnson & Johnson” ortopedik bölməsini 20 mlrd. dollara sata bilər

17:12 - 20.02.2026


20 fevral, Fineko/abc.az. ABŞ-ın “Johnson & Johnson” şirkəti ortopedik bölməsi olan “DePuy Synthes”i satmaq imkanını nəzərdən keçirir.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Aktiv artıq investorların marağına səbəb olub və onun dəyərinin 20 mlrd. dollardan çox ola biləcəyi bildirilir.

Şirkət daha əvvəl “DePuy Synthes”i biznesin səmərəliliyini və dəyərini artırmaq məqsədilə ayrıca qurum kimi ayırmağı planlaşdırırdı. Bölmə bud və diz oynaqları üçün implantların istehsalı ilə məşğuldur və ötən il 9,3 mlrd. dollar gəlir əldə edib. Potensial alıcılarla danışıqların yaxın həftələrdə başlanacağı gözlənilir, lakin müzakirələr hələ ilkin mərhələdədir.