10:50 - 23.02.2026
23 fevral, Fineko/abc.az. ABŞ hakimiyyəti kömür elektrik stansiyaları üçün civə və digər təhlükəli maddələrin emissiyasını məhdudlaşdıran ekoloji normaları ləğv edib.
ABC.AZ xəbər verir ki, qərar cümə günü Kentucky ştatında elan olunub. Donald Trump administrasiyasında hesab edirlər ki, bu addım elektrik enerjisi istehsalını artırmağa kömək edəcək. Elektrik enerjisinə tələbat süni intellekt üçün məlumat emalı mərkəzlərinin genişlənməsi səbəbindən kəskin artıb.
Əvvəlki qaydalar Joe Biden dövründə qəbul edilmişdi. Həmin qaydalar Barack Obama dövründə tətbiq olunan 2012-ci il normalarını yeniləyirdi.
Environmental Defense Fund təşkilatının məlumatına görə, bu normalar civə emissiyasını 70%, nikel, arsen, qurğuşun və digər zəhərli metalları isə üçdə iki azaltmışdı. 2037-ci ilə qədər səhiyyə xərclərinə qənaətin 420 milyon dollar təşkil edəcəyi gözlənilirdi.
Hazırkı Environmental Protection Agency (EPA) isə hesab edir ki, çirklənmə standartlarının yumşaldılması köhnə kömür elektrik stansiyalarını istismar edən kommunal müəssisələrin xərclərini azaldacaq. Agentlik bildirir ki, 2012-ci il qaydaları artıq kifayət qədər təhlükəsizlik təmin edir, 2024-cü il əlavələri isə faydasından daha baha başa gəlir.
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
17 Aprel 2026