Azərbaycanda bir il ərzində 13 min iş yeri bağlanıb

11:51 - 23.02.2026


23 fevral, Fineko/abc.az. 2025-ci il ərzində ölkədə 13 min iş yeri bağlanıb.

ABC.AZ xəbər verir ki, bu dövrdə bağlanmış iş yerlərinin 44,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 21,6 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması 78,4 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.