Azərbaycanda hazırda 5 milyon 384.9 min nəfər iqtisadi fəal əhali var

12:29 - 23.02.2026


23 fevral, Fineko/abc.az. 2026-cı ilin fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda işsizlik səviyyəsi 5.2 faizdə (279.3 min nəfər) sabit qalıb. 

ABC.AZ xəbər verir ki, bunu Dövlət Statistika Komitəsindən bildiriblər. Qeyd edilib ki, işsizlik səviyyəsi 2025-ci ilin iyunundan bu tərəfə 5.2 faiz səviyyəsində sabit qalmaqdadır.

Ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 384.9 min nəfər olmuş, onlardan 5 milyon 105.6 min nəfərini məşğul əhali təşkil edib.

Cari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 808 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 865.8 min nəfər, qeyri-dövlət sektorunda isə 942.2 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 30.5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1777.5 min nəfər çalışıb.

2026-cı il fevral ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 245.6 min nəfər olmuş, onların 51.9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 446.6 manat olub.