16:11 - 23.02.2026
23 fevral, Fineko/abc.az. Elnur İbrahimov Naxçıvan Muxtar Respublikası (MR) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
ABC.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Sərəncam imzalayıb.
Digər bir sərəncamla isə həmin vəzifənin müvəqqəti icrası Agentliyin İdarə Heyəti sədrinin müavini Vüsal Cəmil oğlu Məmmədova həvalə edilib.
Qeyd edək ki, Elnur İbrahimov 2023-cü il mayın 2-də "Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin direktoru təyin edilmişdi. ©Report
17 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026