Sabiq rektorun əmlakları müsadirə olundu - Siyahı

10:03 - 25.02.2026


25 fevral, Fineko/abc.az. Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin əmlakları müsadirə olunub.

ABC.AZ xəbər verir ki, məhkəmə qərarı ilə dövlət nəfinə müsadirə olunan əmlakların bir qismi aşağıdakılardır:

1) 16 500 000 – 18 100 000 manat dəyərində Azərbaycan Beynəlxalq Universitetini təşkil edən 34 349.7 kvadratmetr ölçüdə torpaq sahəsi;

2) Hazırda “Aristokrat” Tibb Mərkəzinin fəaliyyət göstərdiyi daşınmaz əmlak;

3) “Era” tam orta məktəb və bağçanın fəaliyyət göstərdiyi daşınmaz əmlak (Qiyməti 9-10 milyon manat civarında dəyərləndirilir);

4) Bakı şəhəri Səbail rayonu Ş.Şamil küçəsi ev 11 mənzil 8;

5) Bakı şəhəri Xəzər rayonu Dübəndi bağ sahəsində yerləşən 26 saylı bağ sahəsi;

6) Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 609 saylı bağ evi;

7) Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 707D saylı bağ evi;

8) Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 3141-ci məhəllə ev 10 mənzil 52;

9) Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi 4,6 mənzil 23;

10) Bakı şəhəri Sabunçu rayonu “Vişnyovka-1” bağ sahəsində yerləşən 1234 saylı bağ sahəsi;

11) Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının adına rəsmiləşdirilmiş Rusiya Federasiyasının Moskva şəhəri Odinsovu rayonunun Marfino kəndində 26B ünvanında yerləşən 20 000 kvadratmetr torpaq sahəsi və 1000 kvadratmetr tikilidən ibarət daşınmaz əmlak. ©Teleqraf