10:35 - 25.02.2026
25 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 156,604 milyon manat sığorta haqqı toplanılıb.
ABC.AZ Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,2 % çoxdur.
Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 29,1 manat olub.
21 Aprel 2026
21 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026