Azərbaycan və Saksoniya Sənayeçiləri əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər

12:45 - 13.11.2018


13 noyabr, Fineko/abc.az. Almaniya-Azərbaycan Ticarət Palatası (AHK Azərbaycan) Azərbaycanın qabaqcıl sənayeçilərinin Leypsiqdə işgüzar səfərini təşkil edir, burada “Z” və “Intec” sərgisi 4-9 fevral 2019-cu il tarixində keçiriləcək.

AHK Azerbaijan-ın məlumatında deyilir ki, işgüzar səfər Sənaye İxracının Təşviqi (SİT) Layihəsi çərçivəsində təşkil ediləcək.

“Layihənin proqramına sərgiyə ziyarət, seminarda iştirak, müəssisələrdə işgüzar görüşlərin keçirilməsi, həmçinin qeyri-rəsmi formatda müzakirələr və mədəni tədbirlər daxildir. Sərginin əsas məqsədi Azərbaycanın və Saksoniyanın birprofilli müəssisələri arasında əməkdaşlığın genişləndirilməsidır”, - məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, işgüzar sərgidə iştirak pulsuzdur. Son qeydiyyat tarixi: 30 noyabr.

 

Bütün xəbərlər