ATMU və ASAN könüllüləri arasında əməkdaşlıq memorandumu imzalandı

11:32 - 15.11.2017


15 noyabr, Fineko/abc.az. Azərbaycan Turizm və Menecment Universiteti və “ASAN Könüllüləri” Təşkilatı arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Əməkdaşlıq memorandumunu Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov imzaladılar.

Gənclərdə təhsil və elm sahəsinə olan marağın artırılması, gənclər siyasətinə və müxtəlif sahələrdə könüllülük fəaliyyətinə təşviq Qarşılıqlı Anlaşma Memorandumun əsas məqsədidir.

Əməkdaşlıq memorandumuna müvafiq olaraq, ASAN Könüllüləri, ATMU tərəfindən təşkil olunacaq yerli və beynəlxalq tədbirlərin təşkilində iştirak edəcəklər. Həmçinin, tərəflər birgə layihələr, konfranslar və seminarlar üzərində çalışacaqlar.