Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

15:01 - 25.02.2026


25 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % azalaraq 151,9 min nəfər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşlarımızın 35,8%-i Türkiyəyə (1 il əvvələ nisbətən 2 % az), 15,8 %-i Rusiyaya (1,5% çox), 12,3 %-i İrana (13,3 % çox), 9,8 5-i Gürcüstana (17,6 % az), 26,3 5-i isə digər ölkələrə (1,1% az) gedib, 66,3 %-ni kişilər, 33,7 %-ni qadınlar təşkil edib.

Vətəndaşların 69 %-i hava, 29,5 %-i dəmir yolu və avtomobil, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.

©Report