Yanvarda bu sığorta üzrə 2 milyon 769 min manat sığorta haqqı toplanıb

17:20 - 25.02.2026


25 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 2 milyon 769 min manat sığorta haqqı toplanılıb.

Mərkəzi Bankdan ABC.AZ-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29.3% azdır. 2025-ci ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 3 milyon 914 min manat təşkil edib.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2 dəfə azalaraq 101 min manat olub.

Onu da qeyd edək ki, 2026-cı ilin yanvarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortasında zərərlilik səviyyəsi 3.65% olub, ötən ilin yanvarındakı 5.21%-lə müqayisədə azalıb.