11:14 - 26.02.2026
26 fevral, Fineko/abc.az. 24 fevral tarixində aparılan ticarət nəticəsində Chicago Board of Trade birjasında 2026-cı ilin mayında çatdırılmalı yumşaq buğda (SRW) fyuçersi 0,09% azalaraq 1 buşel üçün 573,25 sentə enib, sərt buğda (HRW) fyuçersi isə Kansas City Board of Trade-də 1,03% azalma ilə 554,25 sentə düşüb.
ABC.AZ xəbər verir ki, Avropada MATIF birjasında unçuluq buğdasının fyuçersi 0,38% azalaraq 1 ton üçün 195,25 avroya, ICE Europe birjasında isə yem buğdasının fyuçersi 0,39% azalaraq 165 funta düşüb.
Qarğıdalı fyuçersi 0,40% azalma ilə 438,50 sent, düyü fyuçersi isə 1,25% düşərək 100 funt üçün 9,86 dollar olub. Arpa fyuçersi isə dəyişməyərək 329,25 sentdə qalıb.
17 Aprel 2026
17 Aprel 2026
15 Aprel 2026
16 Aprel 2026