11:52 - 3.03.2026
3 mart, Fineko/abc.az. Lenovo Mobile World Congress sərgisində ofis əməkdaşları üçün süni intellekt əsaslı iki konsept qurğu nümayiş etdirib.
ABC.AZ xəbər verir ki, birinci qurğu (AI Workmate) səs və jestlərə reaksiya verən, ekranında “gözlər” təsvir olunan mini-robotdur. O, sənədləri skan edə, onların qısa icmalını hazırlaya, avtomatik təqdimatlar yarada və məlumatları proyeksiya edə bilir. Məlumatların emalı süni intellekt vasitəsilə lokal şəkildə həyata keçirilir.
İkinci qurğu (AI Work Companion) müxtəlif cihazlarda tapşırıqları və cədvəlləri sinxronlaşdırır, balanslı iş günü formalaşdırmağa kömək edir, ekran qarşısında keçən vaxtı izləyir və fasilələri xatırladır. Bundan əlavə, cihaz dok-stansiya funksiyasını yerinə yetirərək noutbuku bir neçə monitora qoşmağa və digər qurğuları qidalandırmağa imkan verir.
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026