Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında ən çox iştirak edən şirkətlər - Siyahı

16:29 - 3.03.2026


3 mart, Fineko/abc.az. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC  başçılıq edir.

ABC.AZ xəbər verir ki, bu reytinq “İxrac icmalı”nın 2026-cı ilin yanvar sayında dərc olunub.

Sözügedən sıralamada daha sonra aşağıdakı şirkətlər təmsil olunublar:

“SOCAR Polymer” MMC, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Azəralüminium” MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Naxçıvan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Sənayecihaz" EİM, “SOCAR CAPE” MMC, "Qaradağ Şüşə Zavodu" ASC, "Azərxalça" ASC.

2026-cı ilin yanvar ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:

"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “AGRARCO” MMC, "Prime Cotton” MMC, "Baku Steel Company" QSC, “Prime LM" MMC, "KHAN-EL" MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, “AFA Export” MMC, "P-AQRO" MMC, "Mors Trading" MMC.