11:00 - 4.03.2026
4 mart, Fineko/abc.az. Azərbaycanda Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə qadınların əmək fəaliyyəti ilə bağlı 674 məhdudiyyət aradan qaldırılıb.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat Dünya Bankının "Qadınlar, Biznes və Hüquq 2026" hesabatında əksini tapıb. Qeyd olunub ki, Azərbaycan hüquqi baza indeksi üzrə 72,18 bal , dəstəkləyici tədbirlər indeksi üzrə 47,58 bal , qanunların icrasının qavranılması indeksi üzrə isə 59,12 bal toplayıb.
Hesabatda ilk dəfə olaraq dünya ölkələrində qanunların sadəcə mövcudluğu deyil, həm də onların necə icra olunduğu araşdırılıb. Məlum olub ki, qlobal miqyasda qadınların iqtisadi bərabərliyini dəstəkləyən qanunlar 100 ballıq sistemdə orta hesabla 67 bal toplasa da, real tətbiq zamanı bu göstərici 53 bala, dövlət dəstək sistemlərinin yetərliyi üzrə isə cəmi 47 bala qədər düşür.
"Hətta gender bərabərliyini təmin edən qanunların mövcud olduğu yerlərdə belə, qadınlar çox vaxt həmin qanunlardan irəli gələn hüquqlarından yararlanmaq üçün zəruri olan institusional dəstəkdən məhrum olurlar. Məhkəmələr, tənzimləyici qurumlar və inzibati sistemlər hüquqi müdafiəni effektiv etmək üçün ya çox zəif, ya resursları qeyri-kafi, ya da çox pərakəndə ola bilər", -deyə hesabatda qeyd olunub.
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
17 Aprel 2026