Dəstəkləyici mexanizmlər sahəsindəki fəaliyyət hüquqi bərabərlikdəki fərqləri daha da dərinləşdirir - Dünya Bankı

11:26 - 4.03.2026


4 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dünya Bankının "Qadınlar, Biznes və Hüquq 2026" adlı hesabatında Azərbaycanda qadınların əmək fəaliyyəti ilə bağlı müəyyən məhdudiyyətlərin aradan qaldırıldığı qeyd olunub.

ABC.AZ xəbər verir ki, hesabatda ölkələrin dəstəkləyici mexanizmlər sahəsindəki fəaliyyəti hüquqi bərabərlikdəki fərqləri daha da dərinləşdirir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yüksək gəlirli ölkələri 73,04 balla bu sahədə qlobal liderdir, onları 55,61 balla Avropa və Mərkəzi Asiya regionu izləyir.

Digər regionların göstəricilərinin qlobal ortalamadan aşağı qalması hüquqi islahatların real icraya çevrilməsi prosesindəki çətinlikləri göstərir. Regiondaxili ən böyük fərq Şərqi Asiya və Sakit okean regionunda (73,27 bal), ən kiçik fərq isə Avropa və Mərkəzi Asiyada (30,23 bal) qeydə alınıb.

"Qadınlar, Biznes və Hüquq " hesabatı Dünya Bankı qrupunun hazırladığı, 190 ölkədə qanun-qaydaların qadınların iqtisadi imkanlarına, sahibkarlığına və məşğulluğuna təsirini ölçən illik qlobal araşdırmadır. Hesabat hüquqi çərçivələri, təhlükəsizlik və uşaq baxımı kimi dəstək mexanizmlərini təhlil edərək gender bərabərliyi istiqamətində islahatları təşviq edir.