11:30 - 4.03.2026
4 mart, Fineko/abc.az. Amerikanın Nvidia və Amazon korporasiyaları İranda müharibə fonunda təhlükəsizlik riskləri səbəbindən Dubaydakı ofislərini müvəqqəti bağlayıb.
ABC.AZ xəbər verir ki, Amazon Yaxın Şərqdəki bütün ofislərini bağlamaq qərarı verib və əməkdaşlarını evdən işləməyə, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyə çağırıb. ABŞ televiziya kanalının məlumatına görə, BƏƏ-də Amazon-un infrastrukturu dron hücumları nəticəsində fiziki zərər görüb.
Jensen Huang da Dubaydakı əməkdaşlarını məsafədən iş rejiminə keçirib. O bildirib ki, şirkət İsraildə fəaliyyət göstərən 6 min əməkdaşla daimi əlaqə saxlayır.
Bu arada, Google-un bulud bölməsinin onlarla əməkdaşı regionda 11 mindən çox aviareysin ləğv olunması səbəbindən konfransdan sonra Dubayda qalıb.
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
13 Aprel 2026
14 Aprel 2026