12:06 - 4.03.2026
4 mart, Fineko/abc.az. Qazaxıstan 2026-cı ilin fevralında Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə ixraca 115 min ton neft göndərib.
ABC.AZ xəbər verir ki, bu barədə "İnterfaks-Qazaxıstan" milli "KazTransOil" şirkətinə istinadən məlumat yayıb.
"Bu ilin fevralında Aktau dəniz limanı vasitəsilə BTC neft boru kəməri istiqamətində 115 min ton Qazaxıstan nefti yola salınıb", - şirkətin məlumatında bildirilib.
2026-cı ilin yanvarında BTC ilə Qazaxıstandan 106 min ton neft yola salınıb. Beləliklə, fevralda daşınma 8,5 % artıb.
Ötən ilin yekunlarına əsasən Qazaxıstan BTC ilə 1,2 milyon ton neft ixrac edib.
2026-cı ildə bu göstəricinin 1,6 milyon tona qədər artacağı gözlənilir.
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
17 Aprel 2026