15:20 - 4.03.2026
4 mart, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycanla Bolqarıstan arasında ticarət əməliyyatlarının həcmi 86,872 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 22,1 milyon ABŞ dolları və ya 34,1% çoxdur.
Bu ilin yanvar ayında Azərbaycandan Bolqarıstana 85,8 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,9 milyon ABŞ dolları və ya 38,6% çoxdur.
Dövr ərzində Azərbaycandan Bolqarıstana 37,4 milyon ABŞ dolları dəyərində 78,5 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Ötən ilin eyni dövründə Azərbaycandan Bolqarıstana sözügedən məhsulların ixracı qeydə alınmayıb.
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026