15:41 - 4.03.2026
4 mart, Fineko/abc.az. Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq.
ABC.AZ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadla xəbər verir ki, yarmarka martın 7-dən 18-dək fasiləsiz davam edəcək.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.
Yarmarka 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
15 Aprel 2026
16 Aprel 2026