"Yandex" axtarış sisteminin Azərbaycan seqmentindəki payı 3 faiz azalıb

15:49 - 4.03.2026


4 mart, Fineko/abc.az. Bu ilin fevral ayında "Google" Azərbaycanın ən populyar axtarış sistemi mövqeyini qoruyub saxlayıb. Onun bazar payı 70,46 faiz təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzi məlumat yayıb. Qeyd edilib ki, "Google"ın payı yanvar göstəriciləri ilə müqayisədə 15,44 faiz azalıb.

"Yandex" axtarış sisteminin Azərbaycan seqmentindəki payı isə 3 faiz azalaraq, 9,52 faizə enib.

Fevral ayında "Bing" axtarışlarında artım qeydə alınıb (18,43 faiz bəndi), bazar payı 19,49 faizə çatıb, digər yandan "Yahoo" axtarış sisteminin göstəriciləri 0,05 faiz bəndi artaraq, 0,19 faizə yüksəlib.