Neft bahalaşır, Brent barrel başına $84-dan yuxarıdır

09:21 - 5.03.2026


5 mart, Fineko/abc.az. Cümə axşamı keçirilən ticarət əməliyyatları zamanı neftin etalon markalarının qiyməti artır.

Saat 09:17-yə olan məlumata görə, "ICE Futures" birjasında Brent neftinin may fyuçersinin qiyməti $1,62 (1,96%) artaraq bir barrel üçün $84,13 təşkil edib. 4 mart ticarətinin yekunlarına əsasən, Brent-in may fyuçersi dəyişməyərək $81,40/barrel səviyyəsində qalıb.

Saat 09:17-yə olan məlumata görə, "NYMEX" birjasında WTI neftinin aprel fyuçersinin dəyəri $2,81 (3,76%) artaraq bir barrel üçün $77,47 olub. 4 mart ticarətinin yekunlarına görə, WTI-nin aprel fyuçersi $0,10 (0,13%) bahalaşaraq $74,66/barrel təşkil edib.