Nvidia Çin bazarı üçün süni intellekt çiplərinin istehsalını dayandırıb

10:45 - 5.03.2026


5 mart, Fineko/abc.az. ABŞ korporasiyası Nvidia Çin bazarı üçün nəzərdə tutulan H200 süni intellekt çiplərinin istehsalını dayandırıb.

ABC.AZ xəbər verir ki, məlumata görə, Nvidia Vaşinqton və Pekin arasında ticarət maneələrinin Çinə satışları məhdudlaşdıra biləcəyindən ehtiyat edir.

Bildirilir ki, ABŞ-ın mikrosxem istehsalçısı şirkətin istehsal güclərini H200 çiplərinin buraxılışından yeni nəsil Vera Rubin avadanlıqlarının istehsalına yönəldib.

Xatırladaq ki, daha əvvəl Vaşinqton Çinə yüksək texnologiyalı yarımkeçiricilərin satışına qoyulan məhdudiyyətləri sərtləşdirib, Pekin isə yerli istehsalçıları dəstəkləmək üçün idxalı məhdudlaşdıra biləcəyinə işarə edib.