İtaliya müvəqqəti olaraq kömür elektrik stansiyalarını işə salmağı nəzərdən keçirir

11:45 - 5.03.2026


5 mart, Fineko/abc.az. Fars körfəzi bölgəsində gərginliyin artması həmçinin İtaliyaya da təsir edir: ölkədə elektrik enerjisinin yarısı qazla istehsal olunur və bu, orta statistik ailənin xərclərini ildə 614–818 avro artıraraq kommunal ödənişləri 166 avro yüksəldə bilər.

ABC.AZ xəbər verir ki, bu fonda İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piketto Fratin qiymətlərin kəskin yüksəlməsi və ya yanacaq çatışmazlığı halında kömür elektrik stansiyalarının müvəqqəti işə salınma ehtimalını istisna etməyib. Maraqlıdır ki, bu yaxınlarda Roma 2025-ci ilə qədər Avropa miqyasında iqlim öhdəlikləri və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq kursu çərçivəsində kömür istehsalını tamamilə dayandırmağı planlaşdırmışdı.

İtaliya Avropanın ən böyük qaz idxalçılarından biridir və qazı Norveçdən, Əlcəzairdən və Azərbaycandan, o cümlədən Transadriatik Qaz Kəməri (TAP) vasitəsilə alır. Lakin ekspertlər qeyd edirlər ki, tədarüklərin diversifikasiyası belə geosiyasi gərginlik fonunda qiymətlərin sabitliyini təmin edə bilmir.