12:16 - 5.03.2026
5 mart, Fineko/abc.az. Venesuelanın dövlət qızıl şirkəti Minerven ABŞ-a qızıl satışını əhatə edən çoxmilyonluq müqavilə imzalayıb.
ABC.AZ xəbər verir ki, müqaviləyə əsasən, Minerven şirkəti 650–1000 kq Dore qızıl külçəsini xammal treyderi Trafigura-ya təqdim edəcək. Trafigura isə qızılı ABŞ-dakı neft emalı zavodlarına ayrıca razılaşma əsasında tədarük edəcək.
Bildirir ki, ABŞ daxili işlər naziri Duq Berqam, çərşənbə günü Venesuelaya səfər edərək neft və mineralların hasilatı imkanlarını müzakirə edərkən, qızıl tədarükü üzrə müqavilənin bağlanmasına kömək edib.
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026