16:02 - 5.03.2026
5 mart, Fineko/abc.az. “Zaqatala-Fındıq” Açıq Tipli Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı Zaqatala şəhəri, Azərbaycan pr. 37 ünvanında keçiriləcək. ABC.AZ xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin İdarə Heyətinin Sədrinin hesabatı
2. İllik hesabatın təsdiqi
3. Təşkilati məsələlər
4. Cəmiyyətin məhdud məsuliyyətli cəmiyyət formasında yenidən təşkil edilməsi
5. Cəmiyyətin ayrılma yolu ilə yenidən təşkil edilməsi
6. Təhvil Aktının və ya bölünmə balansının təsdiq edilməsi
7. Cəmiyyətin ləğv edilməsi
8. Digər məsələlər
Yığıncaq 19.04.2026-cı il tarixdə, saat 10-00-da Zaqatala şəhəri, “Su səsi” restoranı ünvanında keçiriləcəkdir. Yığıncağın gündəliyi üzrə materiallarla yuxarıda qeyd edilən ünvanda tanış olmaq olar.
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026